Partiya sədri: “Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”

“Ramiz Mehdiyev bütün işlərini Əli Həsənovun vasitəsilə görüb. Bu baxımdan onun Ramiz Mehdiyevdən çoxdan aralanması fikri yanlışdır”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev konkret.az-a açıqlamasında bildirib.

Сообщение  65 Просмотры обновленный 2 месяцы тому назад

Partiya sədri: “Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”

Onun sözlərinə görə, Ramiz Mehdiyev işlərini Əli Həsənovun vasitəsilə görüb, bu gün də görür:

“Ola bilər ki, faktiki aralanıblar. Bu gün Ramiz Mehdiyevin komandasında canlanma var. Əli Həsənov xaricdə oturub buranı da idarə edə bilir. İstədiyi fikirləri də çatdırır. O cümlədən Ramiz Mehdiyev... Akademiyada olan “ziyalılar” onun müdafiəsinə qalxıblar. Adil Əliyev haqqında olan-olmazın fikirlər səsləndirirlər. Çalışırlar ki, ona qarşı çıxan insanlara hücuma keçsinlər. Bunların hamısı adların çəkdiyimiz insanların birliyi əsasında olur. Onlar bu gündə bir-biri ilə əlaqədədirlər. Hətta medianın içində onların güclü əlaqələri var”.

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənov FETÖ ilə çox güclü işlərlə məşğul idilər: 

“Dövlətdə qarışıqlıq yaratmaq, ölkə başçısının əleyhinə işləmək kimi planların arxasında Ramiz Mehdiyev dayanır. O, əks hücuma keçmək istəyir. Ona görə də həmişə demişəm, nə qədər Ramiz Mehdiyev və digərləri azadlıqdadır, ölkədə sabitliyi pozmağa çalışacaqlar. Ramiz Mehdiyevin bacanağı “Pasportstol”un rəisi vəzifəsində işləyəndə bütün ermənilərin adını dəyişib, Azərbaycana yerləşdirib. 

Həmin ermənilər bu gün sosial şəbəkələr vasitəsilə ordumuz və dövlətimizin əleyhinə yalan, böhtan xarakterli yazılar yazırlar. Bunların arxasında Ramiz Mehdiyev dayanır. Bir ildir ki, AMEA-dadır. Amma bu günə kimi bir daşı daş üstə qoymayıb. Özünə “moyka” açdırır. Görünür, onun qohumlarına göndərdiyi pul qurtarır. Yenidən dövlətin ayırdığı pulları “moyka”ya və digər sahələrə xərcləyir. Bir ziyalını qəbul edib qayğısına qalmayıb. Bizdə olan məlumata görə, akademiyaya tabe olan institutun rektorlarını qəbul etməyib. Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Partiya sədri: “Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”
  • VuVu Uma