Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu

Pandemiya ilə əlaqədar Malayziyanı tərk edə bilməyən rusiyalı qadın küçədə doğuş etmək məcburiyyətində qalıb.

Bu barədə Lenta.ru-ya qadının Yevgeni adlı həyat yoldaşı xəbər verib.

Cütlük oktyabr ayında, hələ Natalya hamiləliyin ilk aylarında olarkən istirahətə yollanmaq və qışı Cənub-Şərqi Asiyada keçirmək qərarına gəlmişdi. Onların vətənə qayıdışı mart ayına planlaşdırılmışdı.Lakin koronavirus pandemiyası bu planları alt-üst edib.

“Əvvəlcə biletlərin qiyməti 100 min rubla (2 325 AZN) yüksəldiyi üçün Rusiyaya qayıtmaq imkanımız olmadı, sonra ümumiyyətlə, sərhədlər bağlandı. Bizim pulumuz bitirdi, təlaşlanmışdıq və yardım istədik. Konsul vəziyyətimizi nəzərə alacağına və təxliyyə reysinə adımızı salacağına söz verdi”, - deyə Yevgeni bildirib.

Aprel ayında cütlük Kuala-Lumpurdakı konsulluğa gedib, pulları bitdiyi üçün özlərinin ağır vəziyyəti barədə məlumat verib və vətənə qayıtmaq istədiklərini bildirib. Lakin diplomatik nümayəndəliyin işçilərindən biri turisti hamilə halda səfərə çıxdığı üçün məsuliyyətsizlikdə qınayaraq, neqativ münasibət göstərib.Elə həmin gün cütlük hotelə yerləşdirilib, bundan sonra onların yeri bir neçə dəfə dəyişib. Vəziyyət elə gətirib ki, Rusiya vətəndaşları konsulluğun qəbul otağında gecələməli olublar.Elə həmin gecə qadının doğuş sancıları başlayıb və özünü itirmiş cütlük hamam otağı və təcili yardım düyməsi olan ilk hotelə getməyə qərar verib. Həkim çağırmağa pul olmayıb. Lakin cütlüyü hotelə buraxmayıblar və rusiyalı turistlər küçədə qalıb:

“Biz kimsəsiz bir ev tapdıq, hasardan tullandıq. Arvadımın doğuşu başlmışdı. Əslində, kömək almağa ümidimiz qalmadığı üçün buna əvvəlcədən hazırlaşmışdıq, bu barədə videolara baxmışdıq. Lakin heç təsəvvür belə etməzdik ki, bunu yad bir bağçada edəcəyik… İki saatdan sonra övladımızı qucağımıza aldıq. O ağlayır və iri gözləri ilə mənə baxırdı, mən və xanımım da ona qoşulub ağlamağa başladıq”.Bundan sonra cütlük evə daxil olub və bir neçə gündən sonra polisə müraciət edərək uşağın doğumu barədə xəbər verib. Yevgeninin sözlərinə görə, konsulluq əməkdaşları yenə də onlara heç bir yardım göstərməyib:

“Bizə yardım edən yalnız yerli polislər idi. Onlar həqiqətən bizim qayğımıza qaldılar: yemək və pampers gətirirdilər, pul verdilər”.

Yaxın günlərdə cütlük uşağın sənədləri ilə əlaqədar yerli bələdiyyəyə müraciət edəcək.

Сообщение  112 Просмотры обновленный 6 месяцы тому назад

Pandemiyaya görə Malayziyanı tərk edə bilməyən turist qadın küçədə doğdu

Yerli bloqerlərdən birinin onlar haqqında hazırladığı videoçarxın yayımlanmasından sonra sakinlər də turistlərə hər cür dəstək göstərməyə başlayıblar. Bloqer Yevgenini yük maşınını sürücüsü kimi işə düzəldib və o, ailəsini dolandırmaq üçün imkan əldə edib. Bundan əlavə, cütlüyə həmin evdə yaşamağa icazə verilib.

Hazırda onlar Arxangelskə qayıtmaq üçün sərhədlərin açılmasını gözləyirlər.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861