Oxu.Az işıqlandırdı - Türkanlıların nəqliyyat problemi həll olunacaq

Türkan və digər qəsəbələr üzrə hərəkət edən sərnişindaşımalar daha müasir tələblərə uyğun təşkil olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Oxu.Az-ın sözügedən qəsəbədə nəqliyyatın vəziyyətindəki problemlə bağlı sorğusuna cavabında bildirib.

O qeyd edib ki, bəzi qəsəbələr üzrə fəaliyyət göstərən marşrut xətlərinin vəziyyəti agentliyi də narahat edir:

"Türkan və həmin istiqamətdə olan digər qəsəbələr üzrə (Hövsan istisna olmaqla) fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobusların texniki vəziyyəti bizi də qane etmir. 101 nömrəli müntəzəm marşrut xətti üzrə müvəqqəti istismarçı “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə dəfələrlə avtobus parkının yenilənməsi ilə bağlı xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara baxmayaraq, hələ də müsbət nəticə yoxdur. Bu səbəbdən marşrut xətti yaxın vaxtlarda tenderə çıxarılacaq. Məqsəd sərnişindaşımanın daha müasir və qanunvericiliyin tələbinə uyğun təşkilini təmin etməkdir”.

Сообщение  179 Просмотры обновленный 3 месяцы тому назад

Oxu.Az işıqlandırdı - Türkanlıların nəqliyyat problemi həll olunacaq

Xatırladaq ki, bir müddət əvvəl Türkan qəsəbəsinin sakinləri 101 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda problemlərin olduğunu bildirərək, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasından şikayət ediblər. Axşam saatlarında avtobus tapa bilməyən sakinlər taksilərə möhtac qaldıqlarını bildiriblər.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861