Onlar vəzifəsindən gedəcək?

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirildi.

Oxu.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 seçki dairəsinin hamısında seçki baş tutub. Nəticələri ləğv olunan dairə yoxdur.

Milli Məclisə deputat seçilənlərdən bir nəfəri mərkəzi icra hakimiyyəti orqanının, digəri isə yerli icra hakimiyyəti orqanının başçısıdır. Bir sözlə, hər ikisi hakimiyyətin icraedici qanadında təmsil olunur.

Onlardan biri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır. O, 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputat seçilib.

H.Hüseynova seçkiqabağı məzuniyyətə çıxmışdı.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.

Deməli, H.Hüseynovanın vəzifəsindən gedəcəyini söyləmək olar.

Digər şəxs isə 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat mandatı qazanan Aqil Məmmədovdur. O, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.

Сообщение  96 Просмотры обновленный 7 дней тому назад

A.Məmmədov seçki öncəsi bəyan etmişdi ki, deputat seçilsə, vəzifəsindən gedəcək. 


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии