Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”
“Onun bağına, gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə ancaq müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaum var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. Onların sənət adamlarında çox böyük birlik var.
Yəni, tarixi abidələri gəzmişəm. İtaliyada xalça muzeyində olmuşam. Ora qaranlıq olmalıdır, işıq düşməməlidir. Bunların hamısını görmüşəm, bir müddət sonra demişəm ki, sənə qurban olum, Azərbaycan”.