Nazirlik rəsmisindən “pinqvin” torba istehsalçı və istehlakçılarına ÇAĞIRIŞ

“Ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq.

Сообщение  27 Просмотры обновленный 19 дней тому назад

Nazirlik rəsmisindən “pinqvin” torba istehsalçı və istehlakçılarına ÇAĞIRIŞ

Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də, birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq:

“Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər - istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır”, - deyə İ.İbrahimova qeyd edib.

“Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də, birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”, - deyə o qeyd edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Nazirlik rəsmisindən “pinqvin” torba istehsalçı və istehlakçılarına ÇAĞIRIŞ
  • VuVu Uma