“Nənə yox, böyük ana olmuşam” deyən rəqqasə Fatimədən Nazilənin təbrikinə reaksiya

“Mən nənə yox, böyük ana olmuşam”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən həftə nənə olan məşhur rəqqasə Fatimə Fətəliyeva deyib.

Sənətçi onu təbrik edən bütün sənət yoldaşlarına təşəkkürünü bildirsə də, bu hadisəni şişirtməməyi rica edib.

“Nənə olmağımla bağlı bu günlər hədsiz sayda təbriklər almışam. Amma istəmirəm ki, media hadisəni bu qədər şişirdib, müzakirə etsin. Mənim sənətim qalıb, hamı nənə olmağımdan danışır. Başa düşürəm ki, bu, hamıya maraqlıdır. Qoyun, uşaq böyüsün də... Qızımın ailəsi istəmir ki, uşağı bu qədər işiqlandırsınlar. Onların şou aləminə heç bir adiyyəti yoxdur. Qız nəvəm haqda danışıb, ailəsinə söz-söhbət salmasınlar”.F.Fətəliyeva şairə Nazilə Səfərlinin ARB TV-də aparıcısı olduğu “Ona qalsa” səhər şousunda rəqqasəyə ünvanladığı “Rəqqasə Fatimə nənə olub. Təbrik edirəm. Bəxti gözəl, vətənə layiq övlad, atası-babası kimi igid oğlan olsun” sözlərinə bu cür reaksiya verib:

“Etiraf edim ki, mən Nazilədən bu təbriki gözləyirdim. Onun məni verilişdə təbrik etməsini ilk dəfə sizdən eşidirəm. İnanın ki, xoş oldu. Biz rəqib olsaq da (xınayaxdı məclisləri üzrə - red.), hər zaman bir-birimizə dəstək, dayaq olmuşuq. Başına gəlsin. Oğullarından görsün.

Bizim aramızı ortada yeyib, qıraqda gəzən ağzıgöyçəklər pozdu. Aramıza nifaq saldı. Amma mən ondan küsməmişəm. Ümüd edirəm ki, aramızda bir daha soyuqluq yaşanmaz”.

Сообщение  122 Просмотры обновленный 3 месяцы тому назад

“Nənə yox, böyük ana olmuşam” deyən rəqqasə Fatimədən Nazilənin təbrikinə reaksiya

Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın qız övladı dünyaya gəlib. Onlar doğulan körpəyə Zəhra adını veriblər. Aydan ötən ilin avqustunda Əkbər adlı şəxslə ailə qurub.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • “Nənə yox, böyük ana olmuşam” deyən rəqqasə Fatimədən Nazilənin təbrikinə reaksiya
  • VuVu Uma