Muxtar respublikanın Şərur rayonunda kartof əkini sahələri genişləndirilib

Şərur, 18 iyul, AZƏRTAC

Muxtar respublikanın Şərur rayonunda ötən il 1100 hektara yaxın sahədə kartof əkib-becərən torpaq mülkiyyətçiləri 17 min tona yaxın məhsul istehsal ediblər. Bu il də məhsuldarlığın yüksəldilməsi və əkin sahələrinin daha da artırılması istiqamətində müvafiq işlər görülüb, kartof əkini sahələri genişləndirilərək 1350 hektara çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərin torpaq mülkiyyətçiləri kartof əkinlərinə daha çox üstünlük verirlər.

Сообщение  122 Просмотры обновленный 3 месяцы тому назад

Muxtar respublikanın Şərur rayonunda kartof əkini sahələri genişləndirilib

Cəlilkənddə Xəqani İsmayılovun başçılıq etdiyi ailə təsərrüfatı kartofçuluq sahəsində böyük təcrübəyə malikdir. Ailə təsərrüfatı üzvləri ötən il 4 hektar sahədən bazar və yarmarkalara 160 tondan çox keyfiyyətli məhsul çıxarıblar. Bu il isə onlar əkin sahələrini genişləndirərək 6 hektara çatdırıblar. Digər sahibkarların da əkin sahələrində aqrotexniki qaydalara düzgün əməl edildiyindən məhsuldarlıq yüksəkdir. Əldə edilən faraş kartof Şərur və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılır. Məhsulun bir hissəsi isə soyuducu anbarlara təhvil verilir. Məhsul yığımında kartofçıxaran maşınlardan istifadə əl əməyini yüngülləşdirir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861