Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ

Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə görə, sentyabrın 22-də 10 şagirddə və yeddi nəfər işçi heyətdə koronavirus aşkarlanıb.

Сообщение  67 Просмотры обновленный 27 дней тому назад

Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ

Bir neçə gündür ki, sosial şəbəkələrdə məktəblərin yenidən bağlanacağı ilə bağlı müxtəlif müzakirələr gedir.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyani tədrisin dayandırılması “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə tənzimlənir. 

“Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir”, - deyə Nazirlikdən bildirilib. 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 105 şagird və 33 nəfər işçi koronavirusa yoluxub.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861