Koronavirusun simptomları dəyişir

Çin alimləri yeni koronavirusun klinik simptomlarında dəyişikliklər aşkar ediblər.

Bu barədə “Social Science Research Network” (SSRN) portalı yazır.

Alimlər Hubeydə 89 xəstəni müşahidə ediblər və məlum olub ki, daha sonra yoluxanlarda xəstəlik özünü çox da aşkar biruzə vermir.

Xəstələr iki qrupa bölünüblər. Birinciyə yanvarın 16-dan 22-ə qədər olan dövrdə koronavirusa yoluxanlar, ikinciyə isə yanvarın 23-dən 29-a qədər xəstələnənlər daxil edilib. Daha əvvəl yoluxmuş xəstələrin əksəriyyətində yüksək temperatur, əzələ ağrısı, zəiflik, bəlğəm ifrazı və limfositlərin aşağı səviyyəsi kimi simptomlar müəyyən edilib. İkinci qrupa daxil olan xəstələrdə bütün bu simptomlar zəif olub və ya ümumiyyətlə müşahidə olunmayıb.

“Yeni koronavirus tədricən dəyişərək qrip virusuna bənzəyə bilər”, - deyə alimlər bildiriblər.

Сообщение  51 Просмотры обновленный 1 месяц тому назад

Koronavirusun simptomları dəyişir

Onlar qənaətə gəliblər ki, virus bədəndə çox uzun müddət özünü göstərməyə bilər. Alimlər, həmçinin virusun mutasiya etdiyini və hər bir formasının fərqli şəkildə ortaya çıxa biləcəyini bildiriblər.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии