Koronavirusun müalicəsinə kömək edən preparat
Araşdırmada COVID-19-a yoluxmuş 10 xəstə iştirak edib. Onlar xəstəlik müddətində “Famotidin” qəbul ediblər.
Qeyd edək ki, “Famotidin” mədə qıcqırmasına qarşı istifadə olunan dərmandır.
Alimlər pasiyentlərin “Famotidin”in 80 milliqramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul etdiyini yazır.
On pasiyentin hamısı bildirib ki, “Famotidin”in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlamətləri ilk 24 saatda özünü büruzə verib.