Koronavirusa yoluxan həkim nəyin hesabına tez sağaldığı barədə danışdı

Britaniyalı həkim Kler Qerada koronavirusa yoluxaraq ondan necə sağaldığı barədə danışıb.

“Mail Online” xəbər verir ki, Kler ona sağalmaqda kömək edən üç sadə şey haqqında etiraf edib.

Həkim Nyu-Yorkda keçirilən konfransı ziyarət etdikdən sonra yoluxduğunu qeyd edib.Evə qayıdan 60 yaşlı K.Qerada xəstələndiyini hiss edib.

Koronavirusa yoluxmasından şübhələnən həkim ilk növbədə özünü təcrid edib. Sonra isə müvafiq təhlillərini xəstəxanaya təqdim edib.

Təhlilləri müsbət çıxan Kler özünü müalicə etməyə başlayıb.

“İlk növbədə mən toyuq şorbası yeyirdim. Bu yemək təbii penisilinlə zəngindir. Bundan əlavə, gündə üç dəfə iki həb parasetamol dərmanı qəbul edirdim və çoxlu miqdarda evdə hazırlanmış limonad içirdim”, - deyə həkim vurğulayıb.

Сообщение  129 Просмотры обновленный 6 месяцы тому назад

Koronavirusa yoluxan həkim nəyin hesabına tez sağaldığı barədə danışdı

Bu müalicə hesabına K.Qerada rahat şəkildə xəstəlikdən qurtulub.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861