Koronavirus qorxusu bu fəsadlara yol aça bilər

Rusiyalı tibbi psixoloq Nikita Çernov insanların virus infeksiyalarına, o cümlədən koronavirusa yoluxmaqdan təşvişə düşmənin yarada biləcəyi fəsadlardan danışıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Çernovun sözlərinə görə, insanları ən çox təşvişə salan mətbuatda ölüm hallarının yüksək olması, vaksinin yoxluğu, müxtəlif ölkələrdə karantin vəziyyəti ilə bağlı məlumatlardır.

“Bütün bunlar qeyri-müəyyənlik hissi yaradır. Bu isə həyəcana səbəb olur və insanı qorxudur”, - deyə Çernov bildirib.

Psixoloq qeyd edib ki, xəstəlik zamanı insanın reaksiyası müxtəlif cür olur. Bir tərəfdən insan daha ehtiyatlı olur, digər tərəfdən isə idarəolunmaz təşviş başlayır. Bu isə təhlükəli davranışlara səbəb olur. Sözügedən vəziyyət uşaqların valideynlərinin davranışlarından qorxuya düşməsinə gətirib çıxarır.

“Təşvişdə olan insan ətrafdakıların dəstəyini axtarmağa meyillidir. Bu isə təəssüf ki, ətrafdakı insanların da təşvişinə səbəb ola bilər.

Сообщение  63 Просмотры обновленный 22 дней тому назад

Koronavirus qorxusu bu fəsadlara yol aça bilər

Bu, istənilən virusdan daha təhlükəlidir”, - deyə Çernov deyib.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии