Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini nə zaman yoxlayacaq?

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Oxu.Az-ın xəbərinə görə, səsvermə saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını (Seçki Məcəlləsinə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır.

Сообщение  25 Просмотры обновленный 9 дней тому назад

Bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır.

Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии