Keçmiş köməkçisi Co Baydeni təcavüzdə ittiham etdi

ABŞ prezidentliyinə ən çox ehtimal olunan demokrat namizəd Co Baydenin keçmiş köməkçisi onu cinsi təcavüzdə ittiham edib.

Bu barədə “The New York Times” xəbər yayıb.

Senatın keçmiş əməkdaşı Tara Rid bildirib ki, təqribən 30 il öncə həmin vaxtlar Delaver ştatının senatoru olan siyasətçi tərəfindən təcavüzə uğrayıb. Onun sözlərinə görə, 1993-cü ildə Bayden Kapitolinin dəhlizlərinin birində onu icazə almadan öpüb, bədəninə toxunub, həmçinin intim münasibətdə olmağa israr edib.

Həmin vaxt Rid polisə müraciət etməməyi qərara alıb, sadəcə, siyasətçinin üç əsas köməkçisinə və Senatın Heyətlə İş üzrə bölməsinə bu barədə məlumat verib.

Rid rəhbərliklə baş verənlər barəsində danışdıqdan sonra işini itirib. Baydenə qarşı isə heç bir tədbir görülməyib.

Nəşrin jurnalistləri keçmiş köməkçinin iddialarını araşdırıblar. Bayden haqqında şikayət tapılmayıb, Ridin hadisəni danışdığını iddia etdiyi həmkarları da təcavüz faktını təsdiq etməyib.

Eyni zamanda, qadının iki rəfiqəsi və qardaşı onlara bu barədə həmin vaxt deyilənləri xatırlayıb.

Qəzetin əməkdaşları bildiriblər ki, daha yeddi qadın Baydenin qəbuledilməz hərəkətləri, xüsusən, bezdirici öpüşləri, qucaqlamaları və toxunuşları haqqında danışıb.

Aprelin əvvəlində Rid Vaşinqtonda polisə müraciət edib. Baydenin təşviqat qərargahının nümayəndələri bu iddianı rədd ediblər.

Сообщение  61 Просмотры обновленный 3 месяцы тому назад

Keçmiş köməkçisi Co Baydeni təcavüzdə ittiham etdi

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-nə təyin edilib.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861