Karantindən sonra küçəyə çıxan İrina Şeyk gözəlliyi ilə göz oxşadı

Gözəlliyi ilə dünyaya səs salan 34 yaşlı super model İrina Şeyk koronavirus pandemiyası yayılan müddətdə nadir hallarda göz önünə çıxıb.

Lakin bu son həftə ərzində rus modelinin küçəyə çıxmadığı gün yoxdur.

O ya tək, ya da üç yaşlı qızı Mia ilə gəzintiyə çıxır. Model hətta 45 yaşlı keçmiş sevgilisi Bredli Kuperi ziyarət edir.

Сообщение  113 Просмотры обновленный 5 месяцы тому назад

Karantindən sonra küçəyə çıxan İrina Şeyk gözəlliyi ilə göz oxşadı

Oxu.Az xəbər verir ki, ötən gün parka gəzintiyə çıxan Şeyk paparazzilərin obyektivinə tuş gəlib.

Nəfis zövqü ilə seçilən İrina üzərinə qısa qırmızı libas və əfsanəvi “Rolling Stones” qrupunun loqotipi ilə bəzədilmiş gödəkçə geyinib. Dəbdəbəli obrazını Şeyk qara rəngli eynək, kiçik timsah dərili çanta və “Dr. Martens” brendinə məxsus uzunboğaz çəkmələr ilə tamamlayıb.

Qeyd edək ki, rusiyalı model İ.Şeyk 2019-cu ilin iyununda aktyor Bredli Kuperdən ayrılıb. Onların bir qız övladı var.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861