Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
“Bu səhvimizin qısa müddət ərzində düzələcəyinə inanırıq. Qəbul ediləcək qərardan sonra müəyyən əks-epidemik nailiyyətlər əldə olunacaq. Nailiyyətləri sizinlə paylaşacağıq. Maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsək, sərt qərarlar olmaz”, - deyə sədr bildirib.
R.Bayramlı əlavə edib ki, heç bir dünya ölkəsinin xəstəxanaları say artımına tab gətirə bilməz:
“Müxtəlif resurslar işə salınıb və mütəxəssislər hazırlanıb. Bakı şəhərində xəstəxanalarda artımın olması bizi bu addımı atmağa məcbur edir”.