Karantin rejimini pozan 10 nəfər həbs edildi, 3581 şəxs cərimə olundu

Koronavirusa qarşı mübarizə çərçivəsində xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən, Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə, ümumilikdə 3 566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2 973 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub.

Eyni zamanda, qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1 320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.

Сообщение  73 Просмотры обновленный 2 месяцы тому назад

Karantin rejimini pozan 10 nəfər həbs edildi, 3581 şəxs cərimə olundu

Ümumilikdə, ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati qaydada həbs edilib, 3 581 nəfər isə cərimə olunub.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861