Karantin rejimi ilə əlaqədar Qubada polis gücləndirilmiş iş rejimində çalışır

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan etibarən Quba və Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Qərar qəbul edilib.

Сообщение  60 Просмотры обновленный 1 месяц тому назад

Karantin rejimi ilə əlaqədar Qubada polis gücləndirilmiş iş rejimində çalışır

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, qərarla əlaqədar Quba Rayon Polis Şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət həyata keçirirlər. 

Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Karantin rejimi ilə əlaqədar Qubada polis gücləndirilmiş iş rejimində çalışır
  • VuVu Uma