Kəmalə Ağazadə: “Test nəticəsi neqativ çıxan şəxsləri də sığınacağa qəbul etmirik”

“Koronavirus pandemiyası ilə bağlı sığınacaqdakı uşaqları təhlükəyə ata bilmərəm. Test nəticələri neqativ çıxan şəxsləri belə qəbul etmirəm. Uşaqların sağlamlıqlarını qorumaq lazımdır”.

Bunu Oxu.Az-a açıqlamasında “Mövcud vəziyyətlə bağlı ölkə ərazisində evsiz, küçələrdə qalan uşaqlarla bağlı sığınacağa müraciətlər varmı?” sualına cavab olaraq, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

K.Ağazadə bildirib ki, bu gün Birliyin sığınacağında 33 uşaq var:

“Onların sağlamlıqlarının müdafiə olunması önəmlidir. Azərbaycanda koronavirusa qarşı mübarizə aparmaq üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunub. Martın 15-də bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən bizə də təlimatlar verilib. Düşünürəm ki, bu vəziyyətdə sığınacaqda olan uşaqların sağlamlığını təhlükəyə atmaq olmaz. Amma onu da qeyd edim ki, regionlarda giriş-çıxışa məhdudiyyətlər olduğundan, küçələrdə məcburi şəkildə dilənçiliyə sövq edilən uşaqlara da az rast gəlinir.

Martın 15-də aidiyyəti orqanlar tərəfindən bizə qadın və uşaq gətirildi. Lakin qadının səhhətində müəyyən problemlər hiss etdim. Onun hərarəti var idi. Eyni zamanda, təzyiqdən də şikayətlənirdi. Təbii ki, onu sığınacağa qəbul edə bilməzdim. Amma o vəziyyətdə də geri göndərə bilməzdim. Qadını və uşağını ayrıca bir kabinetdə saxlayaraq, dərhal təcili tibbi yardıma müraciət etdim. Düzdür, onda hələ test olunmurdu, amma qadına zəruri tibbi müdaxilələr edildi. Mənə arayış verdilər ki, onda koronavirus yoxdur. Daha sonra ailəsi ilə əlaqə saxlayıb, aidiyyəti qurumların iştirakı ilə onu evinə göndərdik”.

K.Ağazadə əlavə edib ki, test nəticələri neqativ olan şəxslər belə sığınacağa qəbul edilmir:

“Qeyd etdiyim məqamdan başqa sığınacağa heç bir müraciət olmayıb. Çox yaxşı haldır ki, bu gün küçəyə atılan uşaqların sayında azalma var. Bunun da səbəbi bəzi rayonlardan şəhərə gəlib, uşaqlarını dilənçiliyə, səfil həyata məcbur edən valideynlərin indi paytaxtda olmamasıdır. Sosial şəbəkədən kifayət qədər qadınlar müraciət edir. Lakin qanun hər kəsə şamil olunur.

Mən onları sığınacağa qəbul edib, uşaqların sağlamlığını riskə ata bilmərəm. Hətta koronavirusla bağlı testdən keçən şəxsləri belə qəbul etmirəm. Çünki nəticələr neqativ çıxsa da, müəyyən inkubasiya dövrü var, bu, çox ciddi mərhələdir.

Сообщение  107 Просмотры обновленный 4 месяцы тому назад

Kəmalə Ağazadə: “Test nəticəsi neqativ çıxan şəxsləri də sığınacağa qəbul etmirik”

Odur ki, ani ehtiyatsızlıqdan sığınacaqda olan 33 uşağın koronavirusa yoluxması, bu xəstəliyin daha çox insana yayılmasına şərait yarada bilər”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Kəmalə Ağazadə: “Test nəticəsi neqativ çıxan şəxsləri də sığınacağa qəbul etmirik”
  • VuVu Uma