İtaliyalı senator: “Azərbaycanda seçki prosesi tam şəffaflıqla keçdi”

Azərbaycanda seçki prosesi tam şəffaflıqla keçdi.

Oxu.Az xəbər verir ki, bunu İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun, həmçinin İtaliya Parlamentinin Səhiyyə Komitəsinin və Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü olan Mariya Rizotti seçki prosesindəki müşahidələrini açıqlayarkən bildirib.

O qeyd edib ki, səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu:

“Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ verilib. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb”.

İtaliya Parlamenti Deputatlar Palatası, Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi isə müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin maraqlı olduğunu bildirib:

“Həmkarımla birlikdə Bakıda və Bakıdan kənarda yerləşən seçki məntəqələrində müşahidə apardıq. Eyni zamanda, Sumqayıt şəhərində 2 seçki məntəqəsində seçki prosesinin gedişini izlədik. Diqqətimizi çəkən əsas məqamlardan biri səsvermədə seçki qaydalarına birmənalı riayət olunması idi.

Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanmasında ciddi nəzarət vardı. Bu da bir seçicinin başqasının yerinə səs verə bilmə ehtimalını sıfıra endirirdi. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı.

Müşahidə kameraları işləyirdi. Müşahidəçilərin əksəriyyəti qadın və gənclərdən ibarət idi. Məntəqələrdən birində müşahidəçinin məntəqə sədrinin bülletenlərin şəklini çəkməyə icazə verməməsindən şikayətləndiyinin şahidi olduq. Məsələ diqqətimizi çəkdiyi üçün Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. Nəticədə şikayətin əsassız olduğu məlum oldu. İtaliyada da bu qaydalar mövcuddur. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq, bülletenlərin şəklini çəkmək qadağandır”.

İtaliyalı müşahidəşilər seçki məntəqəsində baş vermiş əyləncəli bir məqamı da qeyd ediblər:

Сообщение  36 Просмотры обновленный 8 дней тому назад

“Məntəqələrdən birində bizi seçicilərlə səhv salmışdılar. Çox əyləncəli dəqiqələr yaşadıq. Onlar bizim daha əvvəl başqa seçki məntəqəsində olduğumuzu dedilər. Biz isə izah etdik ki, seçici yox, müşahidəçiyik və bir neçə məntəqədə müşahidə aparmağımız normaldır. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız”.

 


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии