Hindistanda insanların yenidən zəhərlənmə təhlükəsi meydana çıxdı

Hindistanın Andhra-Pradeş ştatında Vişakhapatnam şəhərində “LG Polymers” kimyəvi zavodunda ikinci stirol sızması barədə xəbərlər yayılıb.

Hindistan hakimiyyəti kimyəvi fabrikdən ikinci sızma iddialarını rədd edib.

Xəbər verdiyimiz kimi, sözügedən şəhərdə insanlar küçədə getdikləri yerdə huşlarını itiriblər. Bir çoxları isə evlərində olsalar belə, nəfəs almaqda çətinlik çəkməyə başlayıblar. Hadisəyə “LG Polymers” kimyəvi zavodunda stirol (Stirol - müxtəlif polimerlərin istehsalı üçün istifadə olunan rəngsiz zəhərli mayedir. Buxarı ilə nəfəs aldıqda qaraciyər və sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər) sızması səbəb olub.“Times of India” xəbər verir ki, səlahiyyətlilər fabrikin ətrafındakı evlərdən insanları təxliyyə etməyə davam edirlər.

Ehtiyat olaraq insanlar bu ərazidən yalnız iki kilometr radiusda təxliyyə edilir. İki kilometr radiusdan kənarda olan insanların təxliyyəsinə ehtiyac duyulmur.

Müəssisənin yaxınlığındakı evlərin boşaldılması barədə əmrin profilaktik məqsədlə verildiyi vurğulanıb.Sızıntının səbəbi Hindistan səlahiyyətliləri “LG Polymers” şirkətinin nümayəndələri ilə birlikdə araşdırılır. Yerli səlahiyyətlilər tərəfindən elan olunan ilkin məlumatlara görə, avadanlığın nasazlığı sızma meydana gətirib, nəticədə, temperatur yüksəlib və stirol buxarlanıb.

Bu zavod bir çox digər müəssisələr kimi, koronavirus pandemiyası səbəbindən tətbiq olunan ümummilli təcrid rejimi zamanı bağlanıb. Mayın 17-dək uzadılmış təcrid rejiminin bir hissəsi olaraq, Hindistan hökuməti müəssisələrə yaşıl, narıncı və qırmızı zonalarda məhdudiyyətlərlə fəaliyyət göstərməsinə icazə verib. Zonaların rəng təyinatı bu ərazilərdə koronavirus hallarının sayından asılıdır.

Сообщение  187 Просмотры обновленный 7 месяцы тому назад

Hindistanda insanların yenidən zəhərlənmə təhlükəsi meydana çıxdı

Həlak olanların ailələrinə 10 milyon rupi (226 000 AZN) ödəniləcəyi açıqlanıb. Ciddi tibbi yardıma, xüsusən mexaniki ventilyasiya cihazlarına ehtiyacı olanlar hadisə ilə əlaqədar 100 min rupi (2 260 AZN) alacaqlar.

Qeyd edək ki, ölənlərin arasında uşaqlar da var.

Xəstəxanaya ümumilikdə 5 000 adam çatdırılıb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861