Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”

“ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunda formatın dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil”.

Bunu Oxu.Az-a açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Сообщение  67 Просмотры обновленный 2 месяцы тому назад

Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”

ATƏT-in Minsk Qrupunun 11 üzvü var. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan isə Minsk Qrupunun digər üzvləridir.

H.Hacıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin effektivliyi artırılmalıdır.

Prezidentin köməkçisi söyləyib ki, həmsədrlər mandatlarının əsaslarını təşkil edən sənədlər əsasında fəaliyyət göstərməlidirlər.

H.Hacıyev Minsk Qrupuna üzv dövlətlərin hamısının iştirakı ilə iclasın keçirilməsinin vacibliyinə də toxunub.

“Bu iclas ona görə vacibdir ki, Minsk prosesində iştirak edən hər bir dövlətin qənaət və fikri ifadə olunsun”, - deyə, H.Hacıyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ictimai müstəvidə Minsk Qrupunun geniş tərkibdə iclasının keçirilməsi məsələsini qaldırıb və qarşı tərəfdən reaksiya gözləyir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir”
  • VuVu Uma