Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsin - TƏKLİF
Hüquqşünas Fərhad Kazımovun sözlərinə görə, pis rəftar etmə, şikəst etmə, o cümlədən, tələf edilməsinə görə 500 manat cərimə nəzərdə tutulur. Amma heyvansevərlər bu cəzanın yüngül olduğu qənaətindədirlər. Onların fikrincə, istənilən heyvanla pis rəftara görə daha ağır cəza verilməlidir.