Gəncə təcavüz edib videoya çəkdilər, sonra…

Narkotikin təsiri altında zorlanan gənc bu anları videoya çəkən təcavüzkarların şantajına dözməyərək, onları bıçaqlayıb.

“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Kocaeli vilayətində baş verib.

Bildirilir ki, Murat A. ona təcavüz edən Kamil Arıkanı boğazından, Vahit Barışı isə sinəsindən bıçaqlayıb. Kamil Arıkan ölüb, Vahit Barış isə xəstəxanaya yerləşdirilib.

İlkin istintaq zamanı məlum olub ki, bu şəxslər əvvəllər müxtəlif cinayətlərə görə həbsdə olublar.

Saxlanılan Murat A. bir-iki ay öncə Vahit Barışdan "bonzai" (narkotik vasitə) aldığını və bu maddədən birlikdə istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, özünə gəldikdə Vahit Barışın ayağa qalxaraq geyindiyini görüb və bədənindəki ağrılardan təcavüzə uğradığını anlayıb. O, Kamil Arıkan və Vahit Barışın yanından qaçıb və 15 gün evdən çıxmayıb. Bundan sonra Vahit Barış mobil telefonundan Murat A.-ya təcavüz edilərkən çəkilən görüntüləri izlədib və şantajla ondan 400 TL (114 AZN) alıb. Kamıl Arıkan isə hədə ilə onun mobil telefonunu əlindən alıb.

Hadisə günü barədə Murat A. bunları danışıb:

“Görüntülərlə məni hədələyən Vahit və Kamilə hər dəfə istədikləri hər şeyi verdim və o videonu silmələrini xahiş etdim. Ancaq onlar bu kadrlarla məni hədələməyə və şantaj etməyə davam etdilər. Onlar bu videoları başqalarına göstərərək, məndə insan arasına çıxacaq hal qoymadılar. Bütün bunlara görə, psixoloji vəziyyətim pozuldu. Hadisə günü Vahitin videonu başqalarına izlətdiyini öyrənəndə özümü ələ ala bilmədim və onlara zərər vermək istədim. Hadisə içkinin təsiri altında baş verib. Mən Kamili də, Vahiti də öldürmək məqsədi ilə bıçaqlamamışam. Məqsədim yaralamaq idi. Mənə təcavüz edən və həmin anı qeydə alaraq, hədə ilə pulumu və telefonumu alan, həmçinin bu videonu ətrafımdakı insanlara izlədərək qürurumu sındıran Vahit Barış və Kamil Arıkan adlı şəxslərdən şikayətçiyəm”.

Сообщение  137 Просмотры обновленный 7 месяцы тому назад

Gəncə təcavüz edib videoya çəkdilər, sonra…

Murat A. həbs olunub.

Hadisə ilə bağlı istintaq davam edir.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861