Gürcüstanlı müşahidəçilər: “Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi”

Bu gün Gürcüstan Parlamentinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidənin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Gürcüstan Parlamentinin deputatı Savalan Mirzoyev 11 məntəqədə müşahidə apardıqlarını bildirib.

“Hər məntəqədə seçkilərin şəffaf şəraitdə keçirildiyi seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu. Həmçinin, bizimlə partnyor digər müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdilər ki, həm seçicilər, həm müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb”.

S. Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas partnyorlarından biridir:

Сообщение  39 Просмотры обновленный 15 дней тому назад

“Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии

  • Gürcüstanlı müşahidəçilər: “Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi”
  • Nariman Eliyev