FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır”.

Bayram tonqalının ətrafına yığışan azyaşlıların mütləq böyüklərin nəzarətində olmasının vacibliyinin xüsusi vurğulandığı müraciətdə qeyd edilib:

“Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər.

Сообщение  93 Просмотры обновленный 1 месяц тому назад

FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə MÜRACİƏT

Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии