Ermənistanda kişi qalmadı: Qadın könüllülər cəbhəyə göndərilir
Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın “Facebook” səhifəsindəki açıqlamasından görmək mümkündür.
O bildirib ki, bir qadın batalyonu yaradılıb:
“Yüz nəfər artıq qeydiyyatdan keçib, çox müraciət var”.
Qeyd edək ki, Ermənistan Qarabağ müharibəsində könüllülərin qəbulu prosesini davam etdirir.
Xatırladaq ki, birinci Qarabağ müharibəsi zamanı bir neçə qadın batalyonu Ermənistan tərəfdən cəbhə xəttində vuruşub.