Ermənistanda gənclər hərbi xidmətdən belə yayınır

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) orduda qış hərbi çağırışı dövründə daha bir korrupsiya faktını aşkar edib.

“Vestnik Kavkaza” bu barədə MTX-nın mətbuat xidmətinin açıqladığı məlumata istinadən xəbər yayıb.

Bildirilir ki, dekabr ayında Travmatologiya və Ortopediya Elmi Mərkəzinin cərrahı vəzifəli tanışı vasitəsilə çağırışçı üçün üç illik təxirə salma vədi verib. Bunun müqabilində isə gəncin anasından 10 min dollar (17000 AZN) rüşvət alıb.

Pullar bu məsələni “həll edən” vəzifəli şəxsə verilib.

Həkim MTX-ya aparılıb, o saxlanılıb. Çağırışçının anası və vasitəçi etiraf ifadələri verib.

Məsələ ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Сообщение  186 Просмотры обновленный 6 месяцы тому назад

Ermənistanda gənclər hərbi xidmətdən belə yayınır

Qeyd edək ki, Ermənistan ordusunda ölüm halları artıb. Belə ki, son bir ay yarım ərzində orduda 13 ölüm faktı qeydə alınıb. Bununla əlaqədar olaraq, Ermənistan parlamentinin İnsan Hüquqları və İctimai işlər, Müdafiə və Təhlükəsizlik daimi komissiyaları Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə birgə qapalı işgüzar iclas keçirib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861