Ermənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏ

İki il əvvəl “Facebook” administrasiyası sosial şəbəkənin Azərbaycandan olan istifadəçilərini kütləvi şəkildə bloklamağa başladı. Sonradan müxtəlif mənbələrin xəbər verdiyi kimi, buna, ehtimal ki, Ermənistan istifadəçilərindən gələn kütləvi şikayətlər səbəb olub. “Facebook”un mexanizmi elədir ki, spam olduğuna qərar verilərsə, administrasiya faktiki olaraq istənilən posta görə bloklaya bilər.

Məsələn, bu sətirlərin müəllifini xəstə qardaşına dərman axtardığı üçün blokladılar. Qardaşımın vəfatından bir neçə ay sonra da mən bloklanmış vəziyyətdə idim. Başqa sözlə, digər istifadəçilər hər hansı bir qeyd barədə kütləvi şəkildə şikayət edərlərsə, “Facebook” avtomatik olaraq bloklama haqqında qərar verir.

Bu il bloklama dalğası Ukraynaya da çatdı. Fəallar (və ya botlar) yenə Ermənistandandır. Məsələn, Ukrayna Politologiya Assosiasiyasının eksperti Rinat Kovbasyuk ermənilərlə Ukrayna ilə Ermənistan arasında qarşılıqlı münasibətlər mövzusunda mübahisə etdiyi üçün bloklanıb.

Сообщение  84 Просмотры обновленный 2 месяцы тому назад

Ermənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏ

Rinat Kovbasyuk Media.Az-a açıqlamasında məhz Ermənistan təmsilçilərinin onun ünvanına çoxlu şikayət göndərdiyini bildirib.

- Niyə “erməni izləri”nin olmasından bu qədər əminsiniz?

- Əminəm, çünki məni nədənsə etnik nifaq oyatdığı hesab olunan konkret bir şərhə görə blokladılar. Yazmışdım ki, başqa xalqlar kimi, ermənilərə qarşı da deyiləm, amma ermənilərin mənfi cəhətləri var. Məsələn, tez-tez o qədər də yerinə düşməyən hiyləgərlik və boyunqaçırma kimi. Mən bunu erməni diasporu ilə sıx əlaqəli olan və tez-tez ermənipərəst maraqları müdafiə edən xalq deputatı Darya Volodinanın postuna (Ukraynanın Ali Radasının deputatı Darya Volodina “Facebook” hesabında Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnarın dövlət orqanları nümayəndələrinə ünvanladığı məktubuna qəzəbini ifadə edən post dərc edib. Ukrayna Xarici İşlər nazirinin müavini “erməni soyqırımı” ifadəsini işlətməyi tövsiyə etməyib - red.) yazdım.

Hesab edirəm ki, Darya Volodina ilk növbədə öz seçicilərinin maraqlarını müdafiə etməlidir, onlar isə təkcə ermənilər deyil. Millət vəkili Ermənistan Respublikasının rusiyapərəst mövqeyi ilə əlaqədar 1915-ci il hadisələrinə həsr olunmuş istənilən tədbirdə iştirakdan çəkinməyi tövsiyə edən XİN-in işgüzar yazışmasını dərc etdi. Dünyanın hər tərəfindən dərhal çox sayda erməni fəal şərh yazmağa başladı. Onlar Ukrayna XİN-i, Ukraynanı bütün günahlarda ittiham etməyə başladılar. Təbii ki, reaksiya verməyə bilməzdim və 1915-ci il hadisələri ilə bağlı ölkəmizin mövqeyini qısaca ortaya qoydum, Dağlıq Qarabağ məsələsinə də toxundum.

- Ümumiyyətlə, mübahisə nə ilə bağlı idi? Ehtimal ki, məsələnin kökü Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməməsidir.

- Qeyd etdim ki, Ukrayna 1915-ci il hadisələrini “erməni soyqırımı” (dırnaqlar bizimdir – red.) kimi tanımağa ən azı Yerevanın Ukraynanı dəstəkləməməsi, Türkiyənin isə ölkəmizin strateji tərəfdaşı olması və bu hadisələri tamamilə fərqli şəkildə şərh etməsi kimi sadə bir səbəbə görə hazır deyil. Müvafiq olaraq, Ankara da Kiyevin Türkiyə əleyhinə açıqlamalarından məmnun olmayacaq.

- Bəs Dağlıq Qarabağa gəlincə?

- Qeyd etdim ki, Ukrayna öz fəaliyyətini beynəlxalq hüquq normalarına uyğun olaraq, aydın şəkildə tənzimləyir. Buna görə də, Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məsələsinə baxılmır və ümumiyyətlə, heç vaxt baxıla bilməz! Ermənistan müstəqil Azərbaycanın suverenliyini kobud şəkildə pozub. Təbii ki, bir çox bu və digər tezislərim şikayət yazan erməni tərəfinin nümayəndələrinin xoşuna gəlmədi. Şikayətlərdən sonra hesabım bir ay müddətinə bloklandı.

- Bəs sizin fikrinizcə, sosial şəbəkələrin administrasiyaları nəyə görə erməni fəalların şikayətlərinə bu cür operativ reaksiya verir?

- Düşünürəm ki, bu, öz fikirlərində “antierməni post” hesab etdikləri istənilən qeydə ardıcıllıqla reaksiya verən və çoxsaylı şikayətlər göndərən erməni fəalların mütəşəkkil işi ilə əlaqədardır. Nəticədə, göndərilən mesajlar tez bir zamanda bloklanır. Əlbəttə, sui-qəsd nəzəriyyələrinə daxil olmaq istəməzdim.

Onu da qeyd edim ki, müəyyən bir ölkədə sosial şəbəkənin həqiqi nümayəndəsinin olmaması səbəbindən “Facebook”da hər hansı şikayətə baxılması prosesi olduqca problemlidir. Yeri gəlmişkən, məhz buna görə, istifadəçilərin bir hissəsinin digər sosial şəbəkələrə “miqrasiyası” müşahidə olunur. Hesab edirəm ki, “Facebook” bu problemin mümkün qədər effektiv şəkildə həlli barədə düşünməlidir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Ermənilər Qarabağla bağlı həqiqətlərə görə ukraynalı politoloq Rinat Kovbasyuka qara yaxırlar – MÜSAHİBƏ
  • VuVu Uma