Erməni fəal: “Bir müttəfiqimiz ola bilər - bu, qonşu Azərbaycandır”

Ermənistanlı fəal Georgi Vanyan ölkəsinin Baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.

“Facebook” hesabından etdiyi müraciətində o, bildirir ki, Ermənistan beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoymalıdır:

Сообщение  49 Просмотры обновленный 27 дней тому назад

Erməni fəal: “Bir müttəfiqimiz ola bilər - bu, qonşu Azərbaycandır”

“Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərin həddini keçib. Bu cinayətkar qələbə cəfəngiyyatını dayandırın: qonşuya qalib gəlinməz, qonşu tapdalanmaz, qonşu məhv edilməz. Qonşu ilə danışmaq, ortaq dil tapana, qarşılıqlı anlaşmaya qədər danışmaq lazımdır.

Qonşuların bir-birini məhv etməsi tərəflərin özlərini məhv etməsinə aparır.

“Strateji müttəfiq” xilasedici gücü ilə əlaqəli cinayətkar yalanı unudun, bundan imtina edin.

Davam edən bu qırğın şəraitində müttəfiq axtarmağı unudun, beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoyun.

Fəaliyyətsizliyə son qoyun, millətçi tabuların cinayət ətalətini dəf edin.

Son 30 ildə, xüsusən bu gün bir müttəfiqimiz ola bilər və var, bu müttəfiq qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861