Elnur Allahverdiyev: “Çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq”
Z.Adıgözəlov, 122 ünvanında yaşayan 76 yaşlı Salamov Rafiq deyir: “İnanmayacaqsınız, amma bu küçə ömrümün yarısı qədər qaranlıq olub. İndi isə belə işıqlıdır. İnanmağım gəlmir”.
69 yaşlı Mərdan dayı da görülən işlərdən çox razıdır: “Yayda havalar isti keçir, evdə otura bilmirəm. Küçəyə də çıxmaq olmurdu, hər yer qaranlıq idi. Zəhməti keçənlər sağ olsun, axşamlar çöldə rahat oturacağıq”.
“Dostlar, Bayır şəhərin əsrarəngiz, köhnə Bakını yaddaşlarımızda yaşadan aurası var. Gecə işıqlı küçə bu ecazkarlığa əlavə rəng qatır. Dövlətimizin dəstəyi ilə seçicilərimizlə birlikdə problemləri bir-bir həll edəcək, çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq. Biz birlikdə güclüyük”, - deyə E.Allahverdiyev bildirib.





