Elman Rüstəmov: “Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir”

“Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir. Amma məşğulluq sektorun prioritet olduğunu nəzərə alaraq Dünya Bankından kredit cəlb etdik”.

Report xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.

E.Rüstəmovun sözlərinə görə, məhz ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdən sonra bank adıçəkilən layihəyə kredit ayırıb.Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, məşğulluq hər bir ölkənin siyasətinin əsas hissəsini təşkil edir:

“Bu gün 270 min şəxs məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçib. Onlardan 90 min nəfəri işsiz, 180 min nəfəri isə işi olsa da özünə daha münasib iş axtaran şəxslərdir. Aktiv məşğulluq sahəsində ötən il 103 min nəfər işə düzəlib, 4 min nəfər peşə təhsili ilə təmin olunub”.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln. ABŞ dolları civarında kredit ayırıb. Kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.

Сообщение  123 Просмотры обновленный 5 месяцы тому назад

Elman Rüstəmov: “Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir”

Layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861