DTX: Qorxulu röya, ya reallıq?

Belə bir ifadə var: “Rusiyanı beyinlə dərk etmək mümkün deyil”.

Mənə elə gəlir ki, elə bizi də. Bizi anlamaq o qədər çətindir ki, dünyanın ən böyük psixoloqlarını, dahilərini yığ Azərbaycana, yenə də bizim xalqın beynindən, düşüncəsindən baş aça bilməyəcək.

Сообщение  122 Просмотры обновленный 1 месяц тому назад

DTX: Qorxulu röya, ya reallıq?

Dünən Neftçalanın icra başçısının DTX tərəfindən saxlanılması barədə xəbərlər və daha sonra Prezidentin sərəncamı ilə vəzifədən uzaqlaşdırılması gündəmin əsas mövzusu oldu. Qeyd edim ki, dünən Neftçalada keçirilən əməliyyat zamanı bir sıra yüksək vəzifəli şəxslərin də saxlanıldığı bildirilir. Dindirilmə aparıldığı da yayılan məlumatlar arasındadır. Yəqin ki, yaxın günlərdə rəsmi açıqlama veriləcək.  

Bu gün sosial mediada soydaşlarımız, vətəndaşlarımız, əsasən də, kişilər yazır ki, “DTX nə işə yarayır ki? Elə icra başçılarını həbs edir də”. Və ya digər şərh “DTX-ni niyə göndərirlər ki? Elə polis bəsdi də”.  “DTX elə fason üçündür, ona görə də onları real döyüşə atmırlar” və b. bu qəbildən sözlər.

Qardaşlar, bu şərhləri sosial mediada yazana qədər daxil olursunuz DTX-nin rəsmi saytına və DTX-nin hansı işlərlə məşğul olduğu barədə oxuyun. Bilirəm, ərinirsiniz, onda mən sizə qısa xülasəni nəql edim.  

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasını, kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının keçirilməsini (həmçinin, agentlərin ifşası), terrorçuluğa qarşı mübarizəni, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünyanın 50-dən çox ölkəsinin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə iki və çoxtərəfli formatda əməkdaşlıq edir.  

Məhz bu xidmətin fəaliyyəti sayəsində səhər işə gedəndə heç bir terrorçu sizə hücum etmir, evinizin yanında partlayış baş vermir. Üstünüzə silahlı hücumlar olmur. 

Böyük-böyük danışan oğullarımıza səslənirəm. Əgər düşünürsünüz ki, siz DTX-dən daha yaxşı fəaliyyət göstərə bilərsiniz, o zaman Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına sənədlərinizi təqdim edə bilərsiniz.

Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi kafedralar fəaliyyət göstərir. Gedin, təhsil alın, biz də sizə baxaq, fəxr edək.

Yoxsa sosial şəbəkədə “bu geyimi nənəm də geysə, yaraşar” deməklə olmur. DTX-nin xüsusi geyimi standartlara uyğundur, nənələr üçün tikilmir. Allah nənələrinizə ömür versin, sizə də bir balaca milli təəssübkeşlik hissi. Vallah, bizə batan olmaz.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии