DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.

Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-u saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Сообщение  179 Просмотры обновленный 8 месяцы тому назад

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib
  • VuVu Uma