DİN: “İstər polis, istərsə də vətəndaş tərəfindən yol verilmiş qanunazidd hərəkətlər hüquqi qiymətini alacaq”

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov sosial şəbəkələrdə vətəndaşlarla polislər arasında yaşanan mübahisəli məqamlarla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Сообщение  548 Просмотры обновленный 2 месяцы тому назад

DİN: “İstər polis, istərsə də vətəndaş tərəfindən yol verilmiş qanunazidd hərəkətlər hüquqi qiymətini alacaq”

E.Zahidov sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə danışıb: “Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

O bildirib ki, sosial şəbəkələrdə yayılmış bu cür qanun pozuntularına, eləcə də polislə bağlı yer alan videogörüntülərlə əlaqədar tədbir görüləcək: “Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • DİN: “İstər polis, istərsə də vətəndaş tərəfindən yol verilmiş qanunazidd hərəkətlər hüquqi qiymətini alacaq”
  • VuVu Uma