DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisindəki iki evdən və bir avtomobildən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla vətəndaşlara ümumilikdə, 8 min manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.