Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR

Milli Məclisin iclasında sosial şəbəkələrin qanunla tənzimlənməsi barədə təkliflər səsləndirilib.

Oxu.Az-ın xəbərinə görə, deputat Nurlan Həsənov bunu son dövrlər sosial mediada müzakirələrin ictimai və siyasi şəxslərə qarşı aqressiv formada aparılması hallarının artması ilə əlaqələndirib.

Сообщение  89 Просмотры обновленный 4 месяцы тому назад

Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR

“Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək, siyasi müzakirələrdən çəkinir və fikirlərini ifadə etmirlər. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır”, - deyə N.Həsənov əlavə edib. 

Millət vəkili söyləyib ki, 2017-ci ildə Almaniyada altı maddədən ibarət “Sosial şəbəkənin mühafizəsi haqqında” qanun qəbul edilib:

“Bu qanunla sosial şəbəkənin operatorları qarşısında müəyyən öhdəliklər qoyulub. Amma sosial şəbəkələrdə, internet mühitində heç bir qanun işləmir. Nəticədə 2020-ci ilin fevralında “Sağ ekstremizm və nifrət cinayətlərinə qarşı mübarizə haqqında” qanun, bu ilin mart ayında isə “Sosial şəbəkənin mühafizəsi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd Almaniya hökuməti tərəfindən parlamentə təqdim olunub.

Bu sənədlərlə bağlı müzakirələri izləyirəm. Yeni qanun layihəsində əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən istifadəçilərə məxsus şifrələr xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında sosial şəbəkə operatoru tərəfindən Almaniya Kriminal Federal İdarəsinə bildirilməlidir. Bu, böyük irəliləyişdir və biz də bu istiqamətdə müəyyən işlər görə bilərik”. 

Deputat Elman Nəsirov isə bildirib ki, virtual dünyada, sosial şəbəkələrdə qarayaxma, ləkələmə, terrorçuluğa çağırışlar edilir.  

Onun fikrincə, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur. 

“Bu halları nəzərə alaraq təklif edirəm ki, parlament iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanun qəbul etsin. Bu artıq ictimai sifarişdir”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861