Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT

Kamran Əliyev olduqca peşəkar, hərtərəfli və çox hazırlıqlı insandır”.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev Kamran Əliyevin Baş prokuror təyin edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, K.Əliyev prokurorluq orqanlarında hər sahədə çalışıb. S.Hacıyev xatırladıb ki, K.Əliyevin beynəlxalq aləmdə fəaliyyəti də ona əlavə təcrübə və biliklər qazandırıb.“Mən əminəm ki, prokurorluq sistemi bundan sonra daha da təkmilləşəcək. Kamran Əliyev Milli Məclisin iclasında çıxış edərkən prokurorluq orqanları qarşısında duran vəzifələrə və qarşıya qoyulan məqsədlərə toxundu. Kamran Əliyevin cənab Prezident tərəfindən videoformatda qəbulu zamanı ölkə başçısı ona tapşırıqlar, tövsiyələr verdi. Cənab Prezident dedi ki, prokurorluq orqanları rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”, - deyə S.Hacıyev əlavə edib.

Onun fikrincə, K.Əliyevin baş prokuror vəzifəsinə təyinatı Azərbaycan dövləti, xalqı üçün mühüm bir addımdır.

“İnanıram ki, bundan sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təmini, qanunun aliliyinin rəhbər tutulması istiqamətində daha da effektiv addımlar atılacaq. Bilirsiniz ki, yeni Baş prokuror həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Buna görə də Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi gözlənilir”.

Qeyd edək ki, mayın 1-də Prezident İlham Əliyev Kamran Əliyevin Baş prokuror təyin edilməsi haqqında sərəncam imzalayıb.

Сообщение  137 Просмотры обновленный 5 месяцы тому назад

Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT

Dövlət başçısının digər sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861