Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İTTİHAM

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.

Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar.

Сообщение  107 Просмотры обновленный 3 месяцы тому назад

Deputat: “TƏBİB həkimlərə ayrılan pulları vermir” - İTTİHAM

“Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar”, - deyə R.Quliyev söyləyib.

Millət vəkili deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları vermir:

“Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”, - deyən R.Quliyev əlavə edib ki, bu günə qədər qurum onun müraciətinə cavab verməyib.

Parlamentari qeyd edib ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib, lakin bu, mümkün olmayıb. 

“Mənim fikirlərimi parlamentin avqustun 4-də keçirilən komitə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də dəstəklədi. Musa müəllim dedi ki, həkimlərə ayrılan pullar hamısı onlara verilməlidir.

TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm. Maliyyə naziri Samir Şərifov isə komitə iclasında dedi ki, həmin məktubu nazirliyə onun adına ünvanlayım və bununla ciddi məşğul olacaqlar”. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861