Dünyanın ən böyük neft-qaz şirkəti raket atəşinə tutuldu

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft-qaz dövlət şirkəti “Saudi Aramco”nun stansiyası raket atəşinə tutulub.

Сообщение  49 Просмотры обновленный 2 месяцы тому назад

Dünyanın ən böyük neft-qaz şirkəti raket atəşinə tutuldu

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmaları tövsiyə edilib.

Bundan əvvəl də Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun dünyanın ən böyük neft emalı zavodlarından birinə hücum etmək üçün husi qruplaşması 10 pilotsuz təyyarədən istifadə etmişdi.

Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan Xurayisə hücum da həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861