Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşdü
Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər.
Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.