Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas coşqu ilə qarşılandı
Həmin anları Türkiyənin “Anadolu” agentliyi işıqlandırıb.
Qeyd olunub ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə topçu olan qazi müharibənin son günü minaya düşüb.
Özünü itirmədiyini, 500 metr sürünərək, dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib.
Əslən Cəbrayıldan olan qazi “Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram”,- deyə bildirib.
Anası Səbirə İbayeva “Allaha şükür, sağ-salamat qayıtdı. Oğlumla fəxr edirəm və ömrümün sonuna qədər fəxr edəcəyəm”, - deyə söyləyib.
