Bu tələbələrin ödədiyi təhsil haqları necə geri qaytarılacaq? - RƏSMİ

Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ali təhsil pilləsi, orta ixtisas və peşə təhsili alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarı təxminən 22 min tələbəni əhatə edəcək.

Bu barədə ötən günlərdə Təhsil nazirinin müavini İdris İsayev məlumat vermişdi. O bildirmişdi ki, şərtlərə görə, qərar dövlətdən sosial yardım alan ailə üzvləri, hər iki valideyni işsiz kimi qeydiyyatda olan, I və II dərəcəli əlilliyi olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslərin övladlarına şamil olunacaq.

Lakin bir sıra məqamlarla bağlı suallar yaranıb. Sadalanan kateqoriyalara aid ailələrdə olan tələbələrdən 2020-ci il üzrə əvvəlcədən təhsil haqqını ödəmiş şəxslərə ödənişlər hansı şəkildə geri qaytarılacaq?

Məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusunu cavablandırıb. Bildirilib ki, proses tələbələrin təhsil haqlarını əvvəlcədən ödəyib-ödəmədiyindən asılı olmayaraq, həyata keçiriləcək.

Сообщение  115 Просмотры обновленный 7 месяцы тому назад

Bu tələbələrin ödədiyi təhsil haqları necə geri qaytarılacaq? - RƏSMİ

Təhsil haqqını əvvəlcədən ödəmiş tələbələrə həmin vəsaitlərin geri qaytarılması və ya bu ödənişin növbəti semestrlərdə nəzərə alınması məsələsinə isə qarşılıqlı razılıq əsasında tələbə ilə təhsil müəssisəsi özü baxacaq.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861