Bu ölkə Azərbaycanın seçki təcrübəsini öyrənmək istəyir

“Biz Azərbaycanın seçki keçirmək təcrübəsini öyrənməliyik. Burada olduğumuz dörd gün müddətində Azərbaycanda tam şəffaf seçki prosesinin şahidi olduq”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisə seçkiləri izləyən vyetnamlı müşahidəçilərdən ibarət nümayəndə heyətinin sədri, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nghiem Vu Khai bildirib.

O, Qəbələ, Şəki və Bakıda seçkiqabağı prosesi izlədiklərini deyib. Qeyd edib ki, proses tam şəffaf şəkildə həyata keçirilib.

Сообщение  47 Просмотры обновленный 15 дней тому назад

“Biz seçki prosesində texnologiyaların tətbiqinin əyani şahidi olduq. Yəni istənilən xarici ölkədən Azərbaycanda keçirilən seçkiləri sərbəst şəkildə izləmək mümkündür. İnsanların barmaqlarına mürəkkəbin vurulması da bizim üçün yenilik idi. Bu, şəffaflığın tam təmin edilməsinin göstəricisidir”.

O söyləyib ki, insanların sərbəst şəkildə səs vermələrinin şahidi olublar və hər hansı pozuntu müşahidə etməyiblər. 

“İnanıram ki, yeni seçilən parlament daha güclü olacaq”.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии