Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii antioksidantların ən önəmli qaynağıdır. Buna görə də faydalı bitkilərin tərkibindəki önəmli birləşmələrin öyrənilməsi və insan qidasında onların istifadə məsələsi dövrümüzdə mühüm əhəmiyyətə malik məsələlərdəndir. Təbii sərvət olan bitkilər qida məhsullarının, dərman preparatlarının və bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi çox qədim zamanlardan bəri insanlar tərəfindən müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə edilib. Qidalarda mövcud olan və insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar əsasən vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlərdir. Bu birləşmələr əsasən müxtəlif tərəvəzlərdə, meyvələrdə, taxıllarda və dərman bitkilərində bol miqdarda olurlar. Meyvə-tərəvəzin tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr: şəkərlər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, mineral duzlar, vitaminlər, fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır ki, bu maddələr insan orqanizminin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırırlar və insan qidasında böyük əhəmiyyət kəsb edirlər. Bir çox təbii birləşmələr əvəzedilməz xassələrə malikdirlər və bunlara xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən, tibb, əczaçılıq və yeyinti sənayesində kəskin ehtiyac duyulmaqdadır. Hər il yenilənə bilən və buna görə də tükənməz ehtiyata, çox müxtəlif növ tərkibinə malik olan Naxçıvan Muxtar Respublika florası təbii bioloji fəal maddələrin mənbəyidir.

Bitkilərdə fərqli miqdarda və fərqli keyfiyyətdə boya maddələri mövcuddur. Tərkibində müxtəlif boya maddələri olduğundan, müxtəlif meyvə-tərəvəzin rəngi də müxtəlif olur. Qədim zamanlardan XX əsrin əvvəllərinə qədər Azərbaycanda boyaq bitkilərindən xalçaçılıq sahəsində geniş istifadə olunub. Xüsusi xalq boyama üsulları nəticəsində solmaz və davamlı olan qırmızı, narıncı, sarı, qəhvəyi, şabalıdı, qara və s. rənglər alınıb. Bu rənglər xalça məmulatı sıradan çıxana qədər öz təravətini saxladığından Azərbaycanda istehsal olunan xalçalar əntiq sayılaraq yüksək qiymətə satılıb. Amma 1870-ci illərdə süni boyaların kəşfi ilə əlaqədar olaraq təbii boyalar sıradan çıxıb. Belə ki, təbii boyalarla boyanma vaxt tələb edir, çox enerji sərf olunur. Amma süni boyalarla 100 qram boyadan 40 kq-a qədər yun ipi boyamaq olur. Halbuki tədqiqatlar süni boyalarla boyanmış iplərin yuyulmağa, atmosferin fiziki-kimyəvi təsirinə qarşı davamsız olduğunu göstərir. Ümumiyyətlə, tədqiqatlar süni boyaların ömrü qısaltdığını, xərçəng, serroz, əsəb-sinir sistemi xəstəliklərini əmələ gətirdiyini göstərir. Daha çox uşaqlara təsir edən bu boyalar onların boy və zehni cəhətdən inkişafının qarşısını alır, embrionlarda uşağın inkişafına təsir göstərir. Hətta uşaq oyuncaqları müxtəlif zəhərli maddələrlə boyanır ki, bu da onların zehni cəhətdən kəm olması ilə nəticələnir.

Meyvə-tərəvəz orqanizm üçün vitaminlərlə zəngin olan məhsul sayılır. Orqanizmin vitaminlərə olan tələbatını demək olar ki meyvə tərəvəz ödəyir və onlar müxtəlif vitaminlərin mənbəyidir. Meyvə və tərəvəz B, C, K kimi vitaminlərlə olduqca zəngindir. Ümumiyyətlə, bitkilərdə, o cümlədən meyvə-tərəvəzdə A vitamini olmur, lakin onların tərkibində karotin vardır ki, bu da orqanizmdə A vitamininə çevrilir. Karotinin miqdarı ayrı-ayrı meyvə-tərəvəzdə müxtəlifdir. Tərəvəzlərin saxlanılması prosesində onlarda C vitamini azalır. C vitamininin miqdarı meyvə-tərəvəzin müxtəlifliyindən və onların becərildiyi yerdən asılı olaraq dəyişir, həmçinin ayrı-ayrı hissələrində müxtəlif miqdarda olur. Almanın qabığında ətlik hissəyə nisbətən 4 dəfə, gavalıda isə 10 dəfə çox C vitamini vardır. Sitrus meyvələrinin qabığında ətli hissəyə nisbətən C vitamini 3 dəfə çoxdur. Meyvə-tərəvəzdə P vitamininə də rast gəlinir. İlk dəfə bu vitamin limon qabığından alınıbdır. Meyvə-tərəvəzlərdəki flavonoid birləşmələri P vitamini aktivliyinə malikdirlər. Bu vitaminin olması şəraitində C vitaminin aktivliyi daha da artır.

Meyvə tərəvəzdə ən çox xlorofil, karotinoid kimi boya maddələri vardır. Xlorofil yaşıl piqment olduğundan meyvə-tərəvəzə yaşıl rəng verir. Meyvə-tərəvəzin əksəriyyətində boyayıcı maddələrdən karotinoidlər çox olur. Karotinoidlərin müxtəlifliyindən asılı olaraq təzə meyvə-tərəvəzlər sarı-qırmızı və narıncı rəngdə olurlar. Karotin, əsasən yerkökündə, pomidorda, ərikdə və sitrus meyvələrində daha çox rast gəlir və onlara narıncı rəng verir.

Antosianinlər yunan dilindən tərcümədə çiçək (anthos) və mavi (kianos) sözlərindən əmələ gəlibdir və bitkilərin meyvə, çiçək, yarpaq və kök kimi orqanlarında olan və bitkiyə çəhrayı, qırmızı, bənövşəyi və maviyə qədər geniş aralıqdakı rəng çalarları verən və suda həll olan təbii piqment qrupudur. Çiyələk, ərik, üzüm, nar, qırmızı turp kimi bir çox meyvə və tərəvəzlərin çəhrayıdan, bənövşəyi rəngə qədər dəyişən rənglərini verən maddələr antosianin qrupu piqmentlərdir. Ədəbiyyatlarda təxminən 500-ə yaxın antosianinlərin olduğu göstərilir. Bir çox meyvə, tərəvəz və çiçəklərin çox müxtəlif rənglərdə ola bilməsinin səbəbi də məhz bununla əlaqədardır.

Meyvə və tərəvəzlərin, ümumiyyətlə faydalı bitkilərin insan həyatı və sağlamlığı üçün əhəmiyyətli xüsusiyyətlərini saymaqla bitirmək mümkün deyildir. Ümumiyyətlə meyvə-tərəvəz böyümə və inkişafa kömək edir, hüceyrələrin yenilənməsinə və toxumaların bərpasına müsbət təsir göstərir, dəri, göz və diş əti sağlamlığı üçün faydalıdır, immunitetin artırılmasına, ürək-damar xəstəliklərinin qarşısının alınmasına, bağırsaqların fəaliyyətinin nizamlanmasına, zərərli maddələrin orqanizmdən atılmasına kömək edən əvəzolunmaz qidalardır. Hüceyrələrə ən çox zərər verən və sağlamlığa uzun müddət təsir edən qidalar əsasən şəkərlər, un və karbohidratlar kimi rəngsiz birləşmələr hesab olunur. Meyvə tərəvəzlər rənglərinə uyğun olaraq müxtəlif xüsusiyyətlərə malikdirlər. Ağ rəngli meyvə-tərəvəz immunitetin artırılmasına, qan şəkərinin düşməsinə, yaşıl rənglilər orqanizmdən toksik maddələrin atılmasına, diş və göz sağlamlığına, əzələ və sümüklərin yenilənməsinə, sarı rənglilər dərinin sağlam və gözəl olmasına, həzm sisteminin və beyin funksiyalarının nizamlanmasına, narıncı rənglilər antioksidant birləşmələrlə zəngin olduğu üçün xərçəng xəstəliyindən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immun sistemini gücləndirir. Qırmızı rəng ürəyin sağlamlığı üçün lazımlı olan fitokimyəvi birləşmələrlə zəngindir və yaddaşı gücləndirir, bənövşəyi rəngli meyvə tərəvəz yaşlanmanın qarşısını alan fitokimyəvi birləşmələrlə zəngindir və sümüklərin inkişafı üçün əhəmiyyətlidir.

Сообщение  194 Просмотры обновленный 7 месяцы тому назад

Bitki rənglərinin faydaları

Bu xüsusiyyətləri nəzərə alaraq gün ərzində hər bir insan müxtəlif rəng və keyfiyyətdə olan bitkilərdən öz qidasında mütləq istifadə etməlidir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861