Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdı
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti məsələnin sülh prosesi ilə həll olmasında maraqlı deyil:
“Azərbaycan işğal altında olan torpaqlarını qaytarmaq üçün humanitar atəşkəsə razılıq verdi, amma onlar humanitar atəşkəsi bilərəkdən pozdular. Gördüyünüz kimi, dinc əhaliyə qarşı hücumlar həyata keçirilib”.
“Azərbaycan bundan sonra beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edəcək”, - deyə E.Əmirbəyov qeyd edib.