Bakıda qanunsuz çəpərlənmələr sökülüb, uşaq əyləncə meydançaları quraşdırılıb

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

BAKU.WS xəbər verir ki, görülən işlər çərçivəsində İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3,5,7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park və bağlar salınıb, küçə boyu yeni yaşıllıq zolaqları salınıb, hərəkət hissələrinə qəmbər daşlar döşənib, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi, idman meydançası və idman qurğuları quraşdırılıb. Həmçinin, yaşayış binalarının fasadları rənglənib.

Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Küçə boyu velosiped zolağı salınıb, avtomobil yolunun kənarlarına bordyorlar düzülüb, piyada səkiləri çəkilib.

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir.

Сообщение  83 Просмотры обновленный 3 месяцы тому назад

Bakıda qanunsuz çəpərlənmələr sökülüb, uşaq əyləncə meydançaları quraşdırılıb

Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq-quruculuq işlərinə cəlb olunan rayon sakinləridir.

Sonradan həmin şəxslər salınan parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işlərini davam etdirəcəklər.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Bakıda qanunsuz çəpərlənmələr sökülüb, uşaq əyləncə meydançaları quraşdırılıb
  • VuVu Uma