Bakıda polis “102”yə zəng edən ailəyə çörək alıb verib

Bakı, 7 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.

Сообщение  135 Просмотры обновленный 2 месяцы тому назад

Bakıda polis “102”yə zəng edən ailəyə çörək alıb verib

DİN-dən AZƏRTAC-a bildirilib ki, dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861