Bakıda həbsdə olan oğluna narkotik aparan ana tutuldu

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Сообщение  22 Просмотры обновленный 21 дней тому назад

Bakıda həbsdə olan oğluna narkotik aparan ana tutuldu

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861